Bizimnet.info
ətraflı axtarış
Bölmələr
Ən çox oxunanlar
Sən də səs ver
İnternet sürətiniz neçədir?

+ 128 kb/s
- 128 kb/s
+ 1 mb/s
Dial up



Reklam
Sayt reklam
Dost saytlar


Google 1 milyon kitabı İnternetə yerləşdirmək haqqı qazandı


“Google” şirkəti İtaliya kitabxanalarında olan 1 milyon kitabın üzünü çıxarıb İnternetə yerləşdirəcək. Amerika şirkəti bu haqda İtaliyanın Mədəniyyət Nazirliyi ilə saziş bağlayıb.

Bunlar Roma və Florensiyanın kitabxanalarındakı qədim kitablardır. Onlar İnternetdəki “Google books” kitabxanasını daha da zənginləşdirəcək.

1966-cı ildə daşqın Florensiya kitabxanalarındakı minlərlə kitabı məhv edib. Nazirliyin təmsilçisi Mario Reska Asoşieytid Press agentliyinə bildirib ki, kitabların surətinin çıxarılması belə faciələrin qarşısını alacaq.

O deyib ki, 1868-ci ilə qədər çap edilən kitabların, o cümlədən 19-cu əsr Italiya ədəbiyyatı nümunələrinin surətinin çıxarılaraq İnternetə yerləşdirilməsi həm də İtaliya mədəniyyətinin dünyada daha geniş yayılmasına xidmət edəcək.

Kitabların surətinin çıxarılması xərcini “Google” çəkəcək, bundan başqa İtaliyada surətçıxarma mərkəzi tikəcək.

İtaliyanın özü də indiyəcən 250 minə qədər italyan dilli kitabın üzünü çıxarıb.

Amma “Google” şirkətinin İnternetdə qlobal kitabxana yaratmaq cəhdi heç də bütün ölkələrdə müsbət nəticə verməyib. Bir müddət əvvəl Fransa məhkəməsi şirkəti hətta cərimələyib. Fransa rəhbərliyi hesab edir ki, fransız dilli ədəbiyyat fransız xalqına məxsusdur və bununla bağlı hüquqları hansısa xarici şirkətə verməyəcəklər.

Amerikada da minlərlə yazar şirkətin İnternetdə pulsuz kitabxana yaratmaq cəhdinin əleyhinə çıxıblar. Onlar hesab edirlər ki, “Google” çox az xərc çəkməklə başqalarının əməyinə sahib çıxmaq istəyir.
Bookmark and Share
 
 (səs sayı: 4)


Oxşar xəbərlər


Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Saytımıza keçidlər
Reklam
Statistika


Page Ranking Tool












   
© ReDesign Bizimnet GROUP