
Proqramlaşdırmaya yeni başlayanda elə bilirdim ki, təkcə Basic və Pascal proqramlaşdırma dilləri var. Başqa dil yoxdur. Basiclə məktəbdə oxuyanda tanış olmuşdum. O vaxt düzü nəsə xoşum gəlməmişdi. Birinci kursda oxuyanda isə Pascal öyrənməyə başladım. Sonra eşitdim ki, pascal dili üzərində Delphi adlı mühit qurulub. Delphini öyrənməyə başladım. Hər gün keçdikcə bir yeni proqramlaşdırma dilinin adını eşidirdim. Bu məni yorurdu. Axı mən hansı dili bilməliyəm? Belə suallarla çox adam müraciət edirdim.
Mənə verilən cavablar müxtəlif olurdu. Riyaziyyatçılar deyirdi ki, proqramlaşdırma dilini bilmək boş şeydir. Əsas riyaziyyatdır.
Bəziləri deyirdi ki, əsas alqoritmin tapmaq lazımdır dili hamı öyrənə bilər.
Bəziləri deyirdi "flan" dili öyrən daha çox pul verirlər. O biri deyirdi sən nə danışırsan " flan" dili həmişə yaşayacaq.
Beləliklə hərə bir cavab verirdi. Indi isə özüm istiyirəm bir cavab yazım. Deməli hansı dili öyrənmək lazımdır?
Wikipediaya baxsaz List of programming görərsiz ki, proqramlaşdırma dillərinin sayı həddindən artıq çoxdur. Kimsə müəyyən dili bəyənmiyib, özünə rahat bir dil yaradıb.
Əslində hansı dili öyrənmək sualından çox, hansı məqsəd üçün öyrənmək sualı haqqında fikirləşmək lazımdır.
Proqramlaşdırmanı şərti olaraq iki yerə bölək.
* Desktop proqramlaşdırma
* Web proqramlaşdırma
Desktop proqramlaşdırma deyəndə sistem üçün yazılan proqramlar, drayverlər, müxtəlif biznes proqramlar, riyazi proqramlar və s bura daxil ola bilər. Amma mən əməliyyat sistemlərinə görə desktop proqramlaşdırmanı da iki yerə ayırmaq istərdim.
* Linuxda proqramlaşdırma
* Windowsda proqramlaşdırma
Əgər linux mühitində işləyirsizsə və əgər linuxun nüvəsi (kernel) ilə məşğul olmaq istəyirsizsə, onda mütləq C dilin bilməlisiz. Linuxun nüvəsində həmçinin biraz assemblerdən istifadə olunub, assembleri də bilsəz onda lap əla olar. Əgər nüvə ilə işiniz yoxdursa, təkcə linuxda balaca scriptlər yazmaq istəyirsinizsə, onda bash script dili sizin işinizə yarıyacaq. Amma indi artıq scriptləri pythonda yazmağa üstünlük verirlər. Odur ki, python burda sizin əla köməkçiniz olacaq.
Əgər linuxda proqram yazmaq istəyirsinizsə, onda C++, Java, Python, Ruby + Qt bunlardan birin və ya bir neçəsin bilmək lazım olacaq.
Windowsa gəldikdə isə əgər windows applicationlar yazmaq istəyirsinizsə, onda Visual Studio sizə kifayət edəcək. Visual Studioda müxtəlif dillərdən istifadə etməyə imkan var, amma C# dili ən məsləhətlisidir.Yox, əgər visual studio və C# dan xoşunuz gəlmirsə, onda Java windows applicationlar yazmaq üçün əla seçimdir.
Web proqramlaşdırmaya gəldikdə isə, Adil öz bloqunda bu haqda PHP-dən əvvəl… biraz məlumat verib.Bundan başqa siz asp.neti bilməklə də əla veb səhifələr yarada bilərsiz. Amma əgər evdə oturub, veb səhifə yığırsızsa, onda php ən məsləhətlisidir. Perl də bu yaxınlara kimi çox istifadə olunurdu, amma deyəsən yavaş-yavaş istifadəsi azalır və php onun yerini tutur. Bəzən isə sizə veb səhifənizə java appletlər qoymaq üçün Java da lazım ola bilər. Javascripti isə veb proqramistin sağ əlidir.
Yekun olaraq hansı dili bilmək lazımdır sualına birdə baxaq.
1. C. Bir çox dillər (Java, C++, C# və s) öz sintaksisin bu dil əsasında qurublar. Bu dili bilməklə digər dillərə keçmək asan olacaq.
2. PHP dili web səhifələr yaratmaqda sizə yaxından köməklik edəcək.
3. C# dili windows applicationlar yazmaq üçün əla seçimdir.
4. Java dili hesab edirəm sizə çox lazım ola bilər. Bütün platformaları dəstəkləyir. C#-a çox oxşuyur.
5. Javascript adından da göründüyü kimi script dilidir. PHP server hissədə işlədiyi halda, javascript client hissədə işləyir. Vebdə sizə çox lazım olacaq.
6. Python dilinə tələbat hər gün keçdikcə biraz artır. Google bu dildən çox istifadə edir. Məsləhətlidir
7. C++ əgər sistemlə oynamaq istəyirsinizsə, onda C++ bilmək yaxşı olardı. Yuxarıdakı dillərin hamısından çətindir. :)
8. Ruby Yuxarıdakı dillərin hamısından az işlənsədə, hər gün keçdikcə Ruby məşhurlaşır. Vaxt olduqca, qurdalamaq olar.
Deyəcəkisiniz ki, pascal qaldı axı? Pascal dili təzə başlıyanlar üçün yaxşıdır, amma sonra heç kimə lazım olmur. Pascal dili olimpiyada da lazım ola bilər. Bir də asan olduğu üçün onu universitetlərdə keçirlər. Mən isə pascala vaxt itirməyi məsləhət görməzdim.
Bir şey də qeyd edim. Dil bilmək hələ başlanğıcdır. Riyazi dillə desək proqramist olmaq üçün proqramlaşdırma dilini bilmək zəruridir, amma kafi deyil.
Ali İsmayilov


Oxşar xəbərlər
Şərh #1 yazıb:
H.O.S.T (26 İyun 2009 04:11)

Şərhlərin sayı: 4
Məqalələr: 4
sag ol melumatin u4un sen mudafie eliye bilersen men de artiq 10 ildi kompla mewgul oluram istetirem kompu yaxwi bilen uwaqlarla elaqede olub biliklerimi boluwum.eger mumkun olsa vaxtin olsa zehmet olmasa menimle elage saxla.menim de burda meqalelrim var.elaqe nomrem 0558217391
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!