Bizimnet.info
ətraflı axtarış
Bölmələr
Ən çox oxunanlar
Sən də səs ver
İnternet sürətiniz neçədir?

+ 128 kb/s
- 128 kb/s
+ 1 mb/s
Dial up



Reklam
Sayt reklam
Dost saytlar


Hara getdiyinizi bilirsinizsə, səfər daha əyləncəlidir...


İnsanların müvəffəqiyyəti təyin etməkdə çətinlik çəkdikləri, həmişə müşahidə edilməkdədir. Əgər müvəffəqiyyətin nə olduğunu bilmiriksə, bəs ona necə çatacayıq. Buna görə sizin üçün məna daşıyacaq bir müvəffəqiyyət tərifi ortaya qoyaq: MÜVƏFFƏQİYYƏT BİR SƏFƏRDİR.

Qeyd edək ki, məqsədimiz sizin öz fərdi müvəffəqiyyət şəkilinizi çıxarmanıza köməkçi olmaq, müvəffəqiyyət səfərində lazım olan qaydaları öyrətmək, suallarınızın çoxunu cavablamaq və sizi özünüzü dəyişdirib inkişafınızı davamlı etmək üçün ehtiyacınız olan şeylərlə təchiz etməkdir. Ümid edirik ki, bundan sonra saytımızda fərdi inkişafla bağlı yerləşdirdiyimiz məqalələr sizinlərin ürəyincə olacaq.

Müvəffəqiyyət bir səfərdir. Müəyyən bir yerə çatdığınız ya da müəyyən bir hədəfə çatdığınız zaman birdən-birə müvəffəqiyyətli olmuş olmazsınız. Amma bu, çatacaq bir hədəf təyin etmədən səfər etməniz lazım olduğu mənasına da gəlməz. Hansı istiqamətə getməkdə olduğunuzu bilməsəniz məqsədinizə nail ola bilməz və potensialınıza çata bilməzsiniz. Gedəcəyiniz yeri təyin edib ona doğru yelkən açmanız lazımdır. Başqa cür desək, xəyalınızı kəşf etməniz lazımdır. Xəyalı olan bir insan, yüksəlmək üçün nələrdən imtina etmək istədiyini bilir. Xəyalımız bizə istiqamət verir, potensialınızı artırır, prioritetlərinizi təyin etməyimizə kömək edib və işlərimizə dəyər qatır. Gələcəyimizi istiqamətləndirmək tutumumuzla birbaşa əlaqəlidir. Tutum, müvəffəqiyyətli insana damğasını vuran ilk xüsusiyyətdir. Müsbət tutumu olan, müsbət düşünən və iddialı olmaqla çətinlikləri sevən bir insan, müvəffəqiyyətin yarısını əldə etmiş deməkdir.

Müvəffəqiyyət səfərində gəzintinin ilk hissəsi, son hissəsi qədər əhəmiyyətlidir. Buradakı təməl istiqamət, gedəcəyin yerə doğru davamlı hərəkət halında olmaqdır. Necə ki hədəfləri təyin etmək də bunun davamlılığını təmin etmənin ən yaxşı yoludur. Hədəflər məqsəd duyğunuzu hərəkətə keçirib, sizi daim irəliyə aparar.

İnkişaf etməsək həqiqətən yaşaya bilmərik. Hansısa addımı atarkən müvəffəqiyyətsizliyə uğramaqdan qorxmamalıyıq. Təkrar təkrar müvəffəqiyyətsizlik yaşadığınız halda bu vəziyyətdən dərs çıxarmaqdan imtina etmirsinizsə, səhvlərinizin sizi yenidən istiqamətləndirməsinə imkan verin. Bəlkə həqiqətən sizə görə olmayan bir yerdə işləyirsiniz. Bu sizin pis və ya səhv biri olduğunuz mənasını vermir. Yalnız yeni bir nizamlama etməniz lazım olduğunu göstərir. Bir qapı yüzünüzə təkrar təkrar bağlanmışsa, açılıb açılmayacağını düşünərək orada dayanıb qalmayın. Başqa bir açıq qapı axtarmaq üçün ətrafınıza baxın.
Müvəffəqiyyət səfərində sizə xarakterinizdən daha yaxşı xidmət edəcək olan başqa heç bir xüsusiyyət yoxdur. Robart Cock deyir; "Xarakterin yerini; heç bir şey tuta bilməz. Beyin satın ala bilərsiniz, amma xarakter ala bilməzsiniz."
Xarakter təkcə irəliləmənizə köməkçi olmaq deyil, eyni zamanda yol boyunca doğru qərarlar almağınızı da təmin edir.

İnsanların müvəffəqiyyət səfərindəki əhəmiyyətli faktorlardan birinin də ailə olduğu qeyd etmək olar. İnsanların dəyərlər mövzusunda doğru yoldan çıxmalarının səbəblərindən biri, ailələrinin onlara əvvəlki qədər diqqət göstərməməsidir. Ortaq dəyərlər ailəni gücləndirir və inkişaf çağlarında uşaqlar baxımından xüsusilə faydalıdır. Ailənizlə ortaq dəyərləri paylaşma istiqamətində işə başlamanın ən yaxşı yolu, aşmaq istədiyiniz dəyərləri təyin etməkdir

Müvəffəqiyyətin əldə edilməsində və ya bir hədəfə çatmaqda səhv anlayışların bir neçəsini aşağıdakı kimi qeyd etmək istərdik:

ZƏNGİNLİK: Müvəffəqiyyət haqqındakı ən çox yayılmış səhv anlam, müvəffəqiyyətin pulla bərabər tutulmasıdır. Bir çox insan, pul yığdıqları zaman müvəffəqiyyətli olacaqlarına inanır. Halbuki zənginlik, öz-özünə xoşbəxtlik, müvəffəqiyyət gətirmir.

XÜSUSİ BİR DUYĞU : Başqa bir məşhur səhv anlam, insanların özlərini müvəffəqiyyətli ya da xoşbəxt hiss etdikləri zaman müvəffəqiyyətə çatdıqlarıdır. Ancaq özünü müvəffəqiyyətli hiss etməyə çalışmaq hərhalda zəngin olmağa çalışmaqdan daha da çətindir.

XÜSUSİ VƏ QİYMƏTLİ MALLAR: Bir şeyi çox, daha çox istəyib və sonra ona sahib olacağınız halda həyatınızın ciddi ölçüdə dəyişəcəyinə inandığımız anlar olur. Halbuki müvəffəqiyyətin bu şəkildə ölçülməsi düzgün deyil. Çünki, o istənilən şey hansısa əşya olsa, insana keçici zövqdən başqa bir şey verməz.

GÜC : Güc bir xarakter testidir. Abraham Lincoln dediyi kimi "Hər kəs çətin vəziyyətə düşə bilər, amma bir insanın xarakterini sınamaq istəsəniz gücü onun əlinə verin.
MÜVƏFFƏQİYYƏT : Müvəffəqiyyət nə bir-birinin ardınca sıra ilə yerinə yetirilməyə çalışılacaq hədəflər siyahısı, nə də ki, gediləcək bir yerə çatmaqdır. Müvəffəqiyyət bir səfərdir.



Bookmark and Share
 
 (səs sayı: 0)


Oxşar xəbərlər


Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Saytımıza keçidlər
Reklam
Statistika


Page Ranking Tool












   
© ReDesign Bizimnet GROUP