
Hәr şeyin hәqiqәtdә beyin siqnallarından ibarәt olduğunu qәbul etsәk, zənnimcə mövzuya daha düzgün dәyәr verә bilәrik. Keçirdiyimiz hisslər, duyğular, hadisələr və s. bizim beynimizdәki siqnallardan ibarәtdir. Yәni әtrafimızda gördüyümüz hәr şey beynimizdәdir. Nәyi görmək istəyiriksә onu görürük, nәyә inanmaq istәyiriksә o bizim üçün həqiqәt olur. Әgər bu nəzəriyyə doğrudursa niyә insan özünü incidәcәk davranışlar edir? Bunun әsasında mәncә belә bir sәbəb durur. İnsan hәyatının hakimi olduğunu hәmişә özunә demir (burada hakimiyyәt ifadәsi ilahi hakimiyyət mәnasında yox, cüzi və xüsusi hakimiyyәt mәnasındadır).
Hәyata hansı formanı istәyiriksә biz veririk. Nәlәri görmәk zövqümüzü oxşayırsa onu görürük. İşә, mәktәbә və ya hәr hansı bir yerә gedәrkәn pillәkәnin neçә pillәsi olduğunu bilәn varsa, onu xüsusi hobbisi olduğu üçün tәbrik etmək lazımdır. Bunlar kiçik hәqiqәtlәrdir. Bu kiçik hәqiqәtlәri öz böyük və hәyati әhәmiyyәt daşıyan inanclarımıza, düşüncәlәrimizә tәtbiq etsәk necә olar sizcә?
Burda sual yarana bilәr ki, әgər kiçik hadisələrdə biz istәdiyimizi görüb, istәdiyimizi eşidiriksә niyə böyük və hәyati hadisәlәrdә eyni hәqiqәt meydana cıxmır?
Çünki, cәmiyyәt vә ümumiyyətlə kütlә eynilik tәlәb edir. Bu tәlәbә uyğun olaraq içindәki fәrdlәri eynilәşdirir. Nəticәdә fәrd o cәmiyyәt qanunlarına zidd olan və öz xarakterinә uyğun olan yönə getmәk istәdiyi zaman cәmiyyәtdәn ayrılma tәzyiqi ilə qarsı-qarşıya qalır.
Cәmiyyәtin eynilik tәşkil etmәsi, daxilində hamıdan fərqli olmaq kimi xәzinәni saxlayan insanı muәyyәn qәliblər içinә salaraq standartlaşdırmağa çalışır. İnsan fitrәti çox güçlü surәtdә fәrqlilәşmәyә, bunun әksinә cәmiyyәt fәrdləri eynilәşdirmәyә çalışır.
Bәs belә olan halda nә etmәk olar? Cәmiyyәti dәyişmәk mümkün deyil. Günahlandira bilәrik cәmiyyәti çox asanlıqla, amma sabit şəxs və ya obyekt olmadığı üçün bu günahlandırmanın müsbәt nәticәsi olmaz.
Bu halda yәni içimizdәki insan fәrqli olmağa, özünün fərqli olma gözәlliyini ortaya çıxartmağa çalışdığı zaman kiçik hәqiqәtlәrimizi xatırlasaq və görsək ki, kiçik işlәrimizdə görmәk istәdiyimizi görürük və bu bizi necә rahatlaşdırır. Bu rahatlığı hiss etsәk
Görsәk ki, yönümüzü, düşüncәmizi dәyişdirdiyimiz zaman cәmiyyәt dә dәyişir. Bunu o hala gәtirә bilәrik ki, artıq cәmiyyәtin bizi qәlibә salan qüvvәsinә qarşı xәyallarımızı hәqiqәtә çevirmә duyğusu qalib gәlәr. Bunu әldә etdikdәn sonra içimizdә bizi incidәn heç nə olmaz. Ruhumuz və beynimiz sadәcә yaşamaq istәdiyimiz hәyat üçün çalışar bütün gücü ilә.
Xәyallarını hәqiqәtә çevirmәk üçün münbit mühit tapa bilmәyәnlәrә özümlә bir yerdә sәslәnirәm.!!!
Hәyata baxışımızı dәyişdirәk. Hәyatdan nә istәyiriksə həyata onu verәk.
“Ata və oğul dağa gәzmәyә gedirlәr. Oğul qayanın üstünә çıxır vә qışqırır:
-Eheeeeeheyyyyyyyyyyyy!!!!!!!!!
Dağ:
- Eheeeeeheyyyyyyyyyyyy!!!!!!!!!
Oğul :
- Sәn kimsәnnnnnnnnnnnnnn?????
Dağ :
- Sәn kimsәnnnnnnnnnnnnnn?????
Oğul:
-Sәn dәlisənnnnnnnnnnnnn???
Dağ:
- Sәn dәlisәnnnnnnnnnnnnn???
Oğul:
- Sәn axmaqsannnnnnnnnnnnnnn????????
Dağ:
- Sәn axmaqsannnnnnnnnnnnnnnn?????????
Usaq gәlir atasının yanına deyir, “Ata orda kimsә var mәnә pis sözlər deyir..”
Atası gәlir və qışqırır
-Eheheeeheyyyyyyyyyyyy
Dağ:
-Eheheeeeheyyyyyyyyyyyy
Ata:
-Sәn çox yaxşı insansannnnnnnnnnn
Dağ:
-Sәn çox yaxşı insansannnnnnnnnnn
Ata:
-Sәn mükәmmәlllsәnnnnnnnnnnn
Dağ:
-Sәn mükәmmәlllsәnnnnnnnnnnn
“Oğul sәn ona nә versәn o da sәnә eynisini verecәk”, deyir ata."
Hәyatdan və әtrafimızdan nә istәyiriksә onu verәk hәyata vә әtrafimıza. Sevgimi istәyirik әtrafdan onu verәk, həyәcanmı istәyirik onu verәk. Nifrәt versәk eynisi geri gәlәcәkdir.
Odur ki, daim әtrafimıza istәk, hәyәcan vә müsbәt duyğular verәk, artıqlaması ilә geri alacağımıza qarantiya verirәm…
Müəllif: Samir Kərimov


Oxşar xəbərlər
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!