Bizimnet.info
ətraflı axtarış
Bölmələr
Ən çox oxunanlar
Sən də səs ver
İnternet sürətiniz neçədir?

+ 128 kb/s
- 128 kb/s
+ 1 mb/s
Dial up



Reklam
Sayt reklam
Dost saytlar


Çox köhnə zamanların dondurucu bir qış yaşanarkən, bütün heyvanlar mərhəmətsiz soyuqdan çox böyük itkilər verirlər. Amma ən çox itki verən heyvanlar isə kirpilər olur. Çünki hamımızın bildiyi kimi onların bir çox heyvanlarda olduğu kimi qalın kürkləri olmur, özlərini isti saxlaması üçün mümkün olmayan tikanları olur. Bu vəziyyətdən çox narahat olan kirpilər, ən az itki ilə qışı keçirə bilmək üçün bir yerə yığılmış və bu problemin həlli yollarını axtarmağa başlamışlar. Uzun müzakirə və mübahisələrdən sonra, nəhayət gecə olunca bütün kirpilərin bir yerə toplanılmasına və bir-birlərinə çox yaxın dayanaraq gecəni keçirmələrinə qərar vermişlər. Beləcə kirpilər bir-birlərinin bədən istiliyindən faydalanacaq və aralarındakı hava axınını qabağını tutaraq donmaqdan xilas olacaqlarmış. Nəhayət ilk gecəki təcrübələrində bunun işə yaradığını görmüşlər. Amma daha əvvəl sonra çıxacaq problemi görə bilmədiklərindən bir başqa problem ortaya çıxmışdır. Üşüyən kirpilər bir-birlərinə çox yaxınlaşdıqlarından kirpilər bir-birlərini iti oxlarıyla yaralamışlar. Növbəti gecələrin yaralanma qorxusundan ötrü kirpilər, bu dəfə də bir-birlərindən uzaq dayanmışlar amma bu səfərdə donmaqdan özlərini qurtara bilməmişlər. Vəziyyətin bu cür axarında, kirpilər hər gecə, bəzən uzaqlaşaraq bəzən də yaxınlaşaraq, təcrübəyə uyğun bir-birlərinin bədən istiliyindən faydalanacaq qədər yaxın, ancaq bir-birlərini incitməyəcək qədər uzaq dayanmağı öyrənmişlər. Bu qiymətli təlim də onların həyatda qalmalarına səbəb olmuşdur.

Hekayədən nəticə olaraq yaşadığımız həyata baxsaq, istər qəbul edək istər etməyək, hamımızın bizi örtən uzun tikanlarımızın olduğunu təsdiqləyə bilərik. Bunlar, bizim həyata qarşı müdafiə etmə mexanizmlərimiz və filtrlərimizdir. Bəzən faydalı, bəzən də zərərli... Çox vaxt, insanları yaxınımıza buraxmaqdan qorxuruq ya öz oxlarımızla onları qorxudur, ya da onların oxlarından ziyan çəkəcəyimizdən qorxuruq. Filtrlərimizdən keçirmədən, xüsusi dünyamıza heç kəsi buraxmırıq, sınamadan dostluğa, ailəyə çağırmırıq. Nə olsun ki, həyatda qala bilmək və istilik ancaq yaxınlaşmaqla, birlikdə hərəkət etməklə mümkün ola bilir.

Yalnız şəxsi həyatımızda deyil, iş həyatımızda da bir komanda olduğumuzu heç vaxt unutmamalıyıq. Həyatda qala bilmək və rəqabətdə önə keçə bilmək üçün komanda yoldaşlarımızla gerçək uyğunluğu tutmalıyıq. Hər kəs əvvəl öz oxlarının məsuliyyətini dərk edib, qarşısındakı ilə ən uyğun məsafəni dərhal nizamlamalıdır. Bu yalnız olduğumuz komanda deyil bizim də həyatda qalmamızı təmin edəcək sehrli bir həyat dərsidir. İş həyatında elastik olmaq, dəyişən qaydalarla birlikdə dəyişməni tuta bilmək çox əhəmiyyətlidir. Təbiətimizdə var olan oxlarımızı, nə özümüzə qarşı nə də komanda yoldaşlarımıza qarşı istifadə etməməliyik. Oxlarımızı çıxarma və istifadə etmə zamanını da çox diqqətli nizamlamalıyıq. Yeni dünya bir çox ziddiyyəti də içində saxlayır. Oxsuz, oxlu kirpiləri tanıma zamanımız artıq gəlmişdir.

Bu ziddiyyətlər içində var olmağı bacaran adam və komandalar həyatda qala biləcəklər. Bir an əvvəl, bir-birini incitməyəcək qədər uzaq, həyatın soyuq, ziddiyyətli və çətin zamanlarında üşüməyəcək qədər də bir-birimizə yaxın olmağı öyrənməliyik. Hər kəsin görünən və ya görünməyən iti oxlarının olduğunu və bu oxların, adamın həm özünə həm də başqalarına verəcəyi zərərləri nəzərə alıb, ona görə davranması lazım olduğu gerçəyini də heç unutmamalıyıq. Bu dövr çətini bacara bilən kirpilərindir...
Bookmark and Share
 
 (səs sayı: 0)


Oxşar xəbərlər


Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Saytımıza keçidlər
Reklam
Statistika


Page Ranking Tool












   
© ReDesign Bizimnet GROUP