Hekayəyə görə bir kral, şəhər gəzintisi zamanı dilənçi ilə rastlaşır. “Nə istəyirsən dilə məndən, mən verim” deyə soruşan krala, dilənçi gülərək “sanki mənim hər istədiyimi gerçəkləşdirəbiləcəksiniz kimi soruşursunuz” deyir. Kral bu cavaba təəccüblənir və söhbət uzanır. “Ürəyindən nə keçirsə hər istədiyini edə bilərəm. Sən de görüm, nə istəyirsən?”. Dilənçi cavabında deyir “Söz verməkdən əvvəl diqqətli olub düşünsəniz daha yaxşı olar”. Kral israrla yenə deyir “Nə istəsən sənə verə bilərəm.
Mən güclü kralam. Yerinə yetirə bilməyəcəyim heç bir istəyin olmaz”. Bunun davamında dilənçi əlindəki kasanı krala uzadır və “bu kasanı hər hansı bir şeylə doldura bilərsinizmi?” deyə soruşur. Kral qəhqəhə ilə gülərək vəzirinə kasanı qızılla doldurmasını əmr edir. Kasa dolub daşır və sonra yenə boşalır. Qızıllar sanki, buxar olub uçur. Kral pərt olub gedir.
Kralın, dilənçinin kasasını doldura bilmədiyi söhbəti ölkədə qulaqdan qulağa hər yerə yarılır. Brilyantlar, yaqutlar, hər cür daş qaş atılır sanki kasanın dibi yox imiş kimi dolmaq bilmir. Dolub daşmasına baxmayaraq kasa tez-tez boş olur. Kral məğlub olaraq dilənçiyə yalvarır: “Bəsdir, bəsdir daha sən qələbə çaldın. İstədiyini yerinə yetirə bilmədim, ama çox xahiş edirəm mənə kasanın nədən hazırlandığını söylə” deyir. “Çox asan” deyə dilənçi cavab verir. “İnsan nəfsindən düzəldilmişdir”
Yəni insanın arzu və istəklərindən. İnsanın da gözünün heç zaman doya bilməməsi də bundandır. Bu reallığı biraz tez dərk edən insanın həyatı tamam dəyişir. İstək dediyin nədir ki! İstək çatana qədər, müəyyən bir vaxt ərzində həyəcan verən bir hissdir. Misal üçün bir iş istəyirsən... Bu maşın... Ev... Qadın... Başqa bir şey...! Tək tək hər birini əldə ettiyində, hər şey anlamını itirir. Niyə? Çünki beynin, ağlın onlar daha istəmir. İş sənin, maşın da qarajdadır və artıq istək yoxdur. Həyəcan, onu əldə etdiyin zaman sönüb getmişdir.
Yenə boşluğa düşüb yeni bir istək qurmaq məcburiyyətində qalırsan. İstək acgözlük yaradır və artır nəhayət “dilənçi” olursan. Bir istəkdən digərinə çırpınıb qalırsan. Məqsədinə çatar çatmaz başqa bir yeni şey fikrindən keçir. İstəklərinin bu nöqtəsini başa düşdüyündə yaşamın dönüş nöqtəsindəsən deməkdir. Bu durum ancaq səni xoşbəxt edəcək şeyləri kənarda deyil, öz işində axtardığın zaman gerçəkləşir. Və real ehtiyaca və xoşbəxtliyə ancaq o zaman çatırsan.
Gələk hekayənin verdiyi dərslərə: Hətta kral olsaq da, dilənçidən də öyrənəbiləcəyimiz çox şey önəmli yaşam dərsləri ola bilər.
Real xoşbəxtlik insanın içində və öz əllərindədir. Xoşbəxtliyi və uğuru tapa bilmədiyimizdə, səhvi başqa yerdə deyil öz içimizdə axtarmalıyıq. Bir şeyi əldə etmək istəyi deyil, əldə etdikdən sonra onu sevməyə davam edə bilmə bacarığı həyata məna qatar. Bir kralın dilənçi, bir dilənçinin də krala çevrilməsi bir anın işidir. Həyat, dilənmək üçün qısa, dilənçi olmaq üçün isə uzundur...
Fikirlərinizi bildirməyi unutmayın