Bizimnet.info
ətraflı axtarış
Bölmələr
Ən çox oxunanlar
Sən də səs ver
İnternet sürətiniz neçədir?

+ 128 kb/s
- 128 kb/s
+ 1 mb/s
Dial up



Reklam
Sayt reklam
Dost saytlar


Toz kimi yumurtadan çıxan kiçik bir balanın həyatına diqqətinizi çəkəcəyəm. Altıbucaqlı bir qutunun içərisində dünyanın ən gözəl südü ilə davamlı bəslənir. On minlərlə ailə üzvü ilə birliktə özünə baxıcılıq edən işcilər yetişənə qədər on min dəfə doydurulur. Bu sürətlə altı gündə ilk ağırlığının 1500 qatına çatır. Qutusundan çıxar-çıxmaz, heç kimdən dərs almadan və boş gözləmədən yuvasındakı tullantı maddələrini çölə daşıyır və yuvanı yeni üzvlər üçün təmizləyir. Əvvəl bədəninin əmələ gətirdiyi mikrob öldürən mayeni yuvaya sürtər. Sonradan isə yeni doğulan minlərlə üzvlə birlikdə qanadlarını vintilyator kimi çırparaq içərdəki kirli havanı çöldəki təmiz hava ilə dəyiştdirir.

Həyatı yeni başlamışdır və son nəfəsədək durmayacaq, yavaşlamayacaqdır. Şanın içində və ya çölündə, ilahi plan hansı vəzifəni vermişsə onu həyata keçirmək üçün davamlı olaraq çalışır. İnsanlara bir kilo bal yığmaq üçün 40 min üzvlə 6 milyon çiçəyi fırlanır. Bir kilo bal uğrunda yüz min km qanad çırpmağı, ya da dünyanın ətrafında 7 dəfə dönməyi gözə alır.

Bal arası çalışqanlığı sayəsində adını tarixə yazdırmış, insanların həyatında yer və rol əldə etmişdir.İnsan da oxşar şəkildə İnşirah surəsinin sonundakı ilahi əmrə riayət etsə adı tarixə qızılır hərflərlə yazılar. Dərdlərdən qurtular, rahatlıq tapar. Uğurun ağası olar.

Uğurumuzu artırmaq və həyatımızdakı dəyərləri yüksəltmək istəyirik. Bu yolda bizə yol və qayda təqdim edəcək əsərlər axtarırıq. Ancak son vaxtlar televizor və internetin gətirdiyi hərəkitsizlikdən, fəaliyyətsiz xəyalçılıqdan yan keçə bilmirik. Bir də ana atalarımız bizi qoruyub bəslədikçə həyatın əziyyətlərindən məhrum böyüyürük. Bu vaxt yetkinlik çağı keçir və birdən yaşadığımızı, çiynlərimizdə böyük bir məsuliyyətin olduğunu hiss edirik.

Əvvəl asan və havayı yollar axtarırıq. Alın tərinin dəyərini kəşf etməyənlər lotereya, at yarışı ilə həyatda dolana biləcəklərini tərəfində dururlar. Bununla ağıllı kimi görünərək başqa tipli xəyallara dalırıq. “Uğuru xəyal etməyi uğurun kifayət edici şərti sayan” kitabların təsiri ilə Bodruma çəkilib xəyal qurmaqla hədəflərimizə çatacağımızı hesab edirik. Sehir kimi, hokus pokus yolu ilə… Sonra da insanı yaradıcı yerinə qoyan sirli, cazibəli, kvantlı formullara inanır, illər içində bir arpa boyu qədər yol gedə bilmirik. Biz belə xəyallar ilə məşğul olarkən həyat ayaqlarımızın altından axıb gedir.

Qlobal aktyorların istədiyi budur. Öz cəmiyyətləri xaricindəki topluluqları sürü yerinə qoyurlar. Sürülər düşünməməli, sadəcə onlara xidmət üçün çalışmalı, baş verən fırıldaqları başa düşməməli, boş xəyallar ilə qurdalanmalıdır. Sürülər sadəcə təqlid etməli, dəlicə istehlak etməli, borc içində qıvrılmalı, xüsusi bir sənətə, ciddi bir bacarığa sahib olanlar isə mütləq öz qlobal dəyərlərinə boyun əyənlər arasından çıxmalıdır.

Qlobal güçlərin satışa çıxardığı hər şey o güclərin sıralarını gücləndirməyə xidmət edir. Biz də uğur qazandığımızı hesab edərək başımızı qatırıq və illər sonra pərdələr çəkiləndə soyulduğumuzu anlıyırıq.

Bir sirr axtarana mənim verə biləcəyim sirr iki qanaddır: Hikmətinə uyğun şəkildə istehsal üçün çalış və lazımınca dua et. İstə və bacardığın qədər çırpın. Dua və çalışma uğur göyərçinin iki qanadıdır.

Həyatda yetərincə uğurlu olabiləcəkmisiniz? İnsanların dünyasına möhtəşəm faydalar verə biləcəkmisiniz? Yaxşı şeylər hasil etmək istəmirsəniz, göyərən dənə olmaq istəmirsiniz deməkdir. Elədirsə ya əkildiyiniz torpqda, ya da sizi yeyən bir quşun mədəsində çürüyüb yox olarsınız. Dəyərinizi bəsləmək istiyirsinizsə edəcəyiniz məlumdur:

– Həyatınızdakı bütün gərəksiz məşğuliyyətləri çıxarıb atın.
– Uğurun sadəcə alın tərindən keçdiyini təsdiq edin. Alın tərinizi qatmadığınız uğurun qürurunu üstünüzə götürməyəcəyinizi qəbul edin.
– Tez qalxın ki dünya tez qalxanların malıdır.
– Əsla boş oturmuyun. Nə televizorun, nə komputerin qarşısında, nə parkda, nə avtobusda, nə növbədə … Heç bir yerdə bir dəqiqə boş durmuyun. Boş durmaq, faydasız bir iş etməkdir.
– Boş dəqiqələrinizdə edəbiləcəyiniz faydalı işlər, hobbilər siyahısı düzəldin.
- Edəcək heç bir iş tapa bilmirsəniz yerimək, gülümsəmək, dərin nəfəs almaq, hətta salonu dağıdıb düzəltmək də bir işdir. Edəcək iş tapa bilməmək imkansızdır. Ətrafda milyonlarla iş olarkən boş duran kəs heç kimi günahlandırmasın.
- Mütləq işi başqası vermək məcburiyyətində deyil. Özünüzə iş düzəldin. Siz də bir gün öz işinizə pul verə biləcək vəziyyətə gələrsiz.
- İşləriniz arasında hər saatdan bir 5-10 dəqiqə əzələlərinizi gərmək və zehninizi boşaltmaq üçün durun. Ancaq ən yaxşı dincəlməyin yolunun da fərqli şəkildə çalışmaq olduğunu unutmamalısınız.
İnsanı çox çalışmaq bir yorarsa, boş oturmaq 10 qat çox yorar.
Çalışaraq irəliləyəcəksiniz və atdığınız hər addım sizi yeni bir qapının qabağına gətirəcək. Siz irəlilədikcə yeni yollar açılacaq. Çalışmağa alışmağınız sonunda,
- Axşamınızı könül rahatlığı içində yatmağa hazır gələcəksiniz.
- O günkü iş və istehsal məhsulunuz qəlbinizi coşduracak.
- Yaşamanın, özünü təsdiq etmənin kainatda varlıq, təsir və iz yaratmağın dəyərini qavrayacaqsınız.
- Sevilən məşğuliyyətlərlə ən ciddi xəstəliklərin belə sağala bildiyinin fərqinə varacaqsız.
- Bədəninizdən zəhərli maddələri, zehninizdən düşüncə viruslarını atmış olacaqsınız.
- Sadə başlarla və dedi-qodularla yaşayan insanlarla aranızda uçurumlar yaranacaq.
- İstehsalınız və təcrübəniz sürətlə artacaq, uğurunuz həndəsi silsilə kimi qalxacaq.
- Varlığınız insanlığa rəhmət olacaq və köməyinizlə çox sayda insanın iztirabı azalacaq.

Edisona uğurun sirrini soruşmuşlar və O, 1 faizi zəkayla, 99 faizi çalışmaqla əlaqləndirmişdir. Çalışmağa qul olan uğura sultan olar. Budur uğurun sirrini açan o ayə: “Bir işdən boş qaldığın halda dərhal digər işə giriş.” (Quran: İnşirah, 7-8)

Çalışmağın coşqusunu kəşf etmək möhtəşəm bir ilahi lütfdür. Şükürsüz könüllər çalışmaqdakı ləzzətləri dada bilmirlər. Hərkəsə çalışmağın coşqusunu kəşf etməsini diləyirəm.

Müəllif : Muhammed Bozdağ
Mənbə: yetenek.com
Tərcümə edən: İsmayılov Əli

Bookmark and Share
 
 (səs sayı: 1)


Oxşar xəbərlər


Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Saytımıza keçidlər
Reklam
Statistika


Page Ranking Tool












   
© ReDesign Bizimnet GROUP