Bizimnet.info
ətraflı axtarış
Bölmələr
Ən çox oxunanlar
Sən də səs ver
İnternet sürətiniz neçədir?

+ 128 kb/s
- 128 kb/s
+ 1 mb/s
Dial up



Reklam
Sayt reklam
Dost saytlar


İstedadlarınızı inkişaf etdirin


İstedadlarınızı inkişaf etdirmənin tək yolu, istədiyiniz uğuru başınızda açıq bir şəkildə canlandıra bilməktən başqa bir şey deyildir. Bəlkə də fikir verməmisiniz. İndiyə kimi başınıza gələn hər şey düşüncənizin ani hökmlərinə məğlub olmanınıza bağlayabilərsiniz. Əvvəl etdiyiniz bir çox planları xatırlayın. Onların tətbiqlərini neçə ürəklə və səylə yerinə gətirmədiyinizi xatırlayın. Başınızda eyni xəyalları qoruduğunuz müddətdə planlarınızın addım-addım real həyatdə necə tətbiq sahəsinə çıxtıdığını düşünün.

Ətrafınızda tez-tez “Bu işin belə olmasından qorxuram” deyildiyini mütləq eşitmisiniz. Sizin də bir neçə dəfə belə danışdığınız ehtimal edilir. Amma qorxuya görə bəzi şeylərin meydana gəlməsini beyninizdə canlandırmış olduğunuzu və sonda qorxduğunuz şeyin başınıza gəldiyini bəlkə də görmüş, amma əhəmiyyət verməmisiniz. Daxilinizdəki bu meydana gətirici güc hesaba alma instinktinə malik deyildir. O, yaxşı ilə pis arasıdakı fərqi başa düşməz, qavraya bilməz. Uğuru xəyal edərsəniz, uğur qazanarsınız. Uğursuzluğu düşünsəniz qətiyyətlə uğursuzluğa məruz qalacaqsınız.

Bu gücün sizə xoşbəxtlik yerinə məyusluq gətirməsinin qarşısını almaq üçün ona nəzarət etməyi, düşüncə və xəyallarınızın içindəkiləri idarə etməyi öyrənmənizin vacibliyinin səbəbi budur. Bunun necə ediləcəyini öyrənmək o qədər sadə və başa düşülməsi asan bir şeydir ki, zehninizin daxildən necə işlədiyini izah edər etməz, istədiyiniz şeyləri zehninizdə canlandırmaya başlaya bilərsiniz. Bu, sizə mövcud çətinliklərin həll yolunu açacaq və sizi olduğunuz yerdən olmaq istədiyiniz yerə doğru yüksəldəcəkdir.

Ancaq bunu bacarmaqdan əvvəl özünüz haqqında bilmək məcburiyyətində olduğunuz bəzi nöqtələr var. Məsələn, həqiqətdə iki ayrı və fərqli zehninizin olduğunu bilməniz lazımdır. Yaşadığınız dünya ilə dolu olan zehniniz şüurlu zehninizdir. Bundan başqa daxili və ya şüuraltı zehniniz də vardır ki, bu da daxilinizdəki geniş, ucsuz-bucaksız dünya ilə elmin haqqında az şey bildiyi bir dünya ilə məşğul olur.

Şüurlu zehninizi idarə, şübhə, təxmin, maraq, hesab və müqayisə kimi mövzularda istifadə edirsiniz. O, eyni ilə içində istənilməyən şeylərin ələndiyi və yerdə qalanlarının isladıldığı bir ələk kimidir. Şüurlu zehninizin diqqətini üzərində cəmləşdirdiyiniz hər şey, zehninizdə bir şəkil kimi qeyd edilir və bu şəkil daxili zehninizə, şüuraltına keçərək, orda gələcəkdə müraciət ediləcək bir qovluğa qoyulur.

Siz fikir versəniz də verməsəniz də şüurlu zehninizin heç bir yaradıcı qüdrətə sahib deyildir. Onun gücü, sizi maraqlandıran mövzulardakı reaksiya və düşüncələrinizi şüuraltına atma qabiliyəti ilə sona yetir. Bununla bərabər şüuraltı zehniniz şüursuz bir gücə sahibdir.

İradə mələyiniz şüurlu zehninizin bir funksiyası olduğu üçün şüuraltı zehin bu mələkdən məhrumdur. Bu səbədən əgər şüurlu zehniniz səhv bir xəyalın meydana gəlməsindən sizi qorumamışsa, bu xəyal şüuraltına keçərək həyatınızda və özünüzdə tətbiq edə biləcəyiniz pis bir təsirə malik olacaq və şüuraltı bunun qarşısın ala bilməyəcək. Şüuraltı böyük gücünü bu xəyalın üzərinə yönəldəcək onu həyata keçirəcəkdir.

Şüuraltı zehninizi, şüurlu zehninizdə meydana gələn səhv şəkilləri izləməkdən uzaqlaşdıracaq yeganə yol, ona pis xəyallar üzərində çalışmaq fürsəti vermədən, şüurlu zehninizdə doğru cinsdən xəyalları yerləşdirməkdir.
Mənbə: “Pozitiv yaşamaq sənəti” Harold Sherman
Tərcümə etdi: İsmayılov Əli
Bookmark and Share
 
 (səs sayı: 1)


Oxşar xəbərlər


Şərh #1 yazıb: Vadaw234 (10 Yanvar 2010 03:45)
Foto



Şərhlərin sayı: 0
Məqalələr: 0
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Saytımıza keçidlər
Reklam
Statistika


Page Ranking Tool












   
© ReDesign Bizimnet GROUP