
Texnologiya çox sürətlə inkişaf edir. Bu inkişaf gör hara gəlib çıxıb ki, Beyin-komputer sistemi yaradılır. Bu beyin-komputer sisteminin tədqiqatları 1970-ci ildən başlayıb. 1990-ci ildən sonra isə bu barədə ilk experiment aparılıb. Bildiyimiz kimi beynimiz elektrik siqnalları istehsal edir,artıq bu siqnallar qeyd edilə bilir.
Qeyd olunmuş siqnallar isə yerinə yetirilir. Yəni biz beynimizdə nə fikirləşiriksə, artıq komputer tərəfindən icra edilir. Daha doğrusu Beyin-komputer İnterfeys (BKİ) tədqiqatlarının məqsədi kimsə hətta nəfəs ala bilmirsə və ya gözlərin hərəkət etdirə bilmirsə, onların arzuların yerinə yetirməkdir və ya robot qolu kontrol etmək və ya hər hansı protezi idarə edə bilməkdir.Bu sistemin işi isə beyindən gələn siqnalları qeyd etmək və o siqnalları aparat əmrlərinə çevirməkdir.BKİ sistemi istifadəçilərə imkan verir ki, əzələlərini işə qatmadan fikirlərini hərəkətlərə çevirsinlər.Əvvəllər əlil və şikəstlər üçün balaca bir işi yerinə yetirmək üçün çox az imkanlar var idi. Bioinformatikanın inkişafı nəticəsində çoxlu yeni imkanlar açılır. Belə ki, xüsusi proqram təminatı ilə beyin siqnalları toplanılır, məsələn fikirləşməklə tv kanalın dəyişmək və işığı söndürüb yandırmaq olur.Yadıma "Matrix" kinosu düşdü. Kino fantaziyadır, amma mən baxanda fikirləşmişdim ki, bu fantaziya deyəsən yavaş-yavaş həyata keçəcək. Deyəsən belə olur. BKİ 3D oyunlar üçün yeni təkliflər edə bilər. Son illərdə isə bir qrup tədqiqatçı BKİ ilə virtual dünyanı əlaqələndirməyə cəhd göstərirlər. Belə ki, artıq bir neçə sınaq nümunələri vardır ki, istifadəçilər virtual səhnələri və ya virtual obyektləri beyin fəaliyyəti nəticəsində hərəkət etdirə bilirlər. Bir sözlə artıq elm elə bir yerə gedirki, hərəkət etmədən nəticələr yaratmaq olacaq. Bu yaxşıdır, yoxsa pis?
Ali İsmayılov


Oxşar xəbərlər
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!