Bazara çıxdığından bu yana uğurlu satışla diqqət çəkən iPhone 3GSin bir sıra ciddi problemləri var. Qısaca desəm, iPhone 3GSin batareya ömürü zəif, həddindən artıq istilənir və SMS xüsusiyyətində təhlükəsizlik nöqsanları var.
Applenin bu qüsurlardan çox, reaksiyasız görünməsi insanları çaşdırır. Applenin dizayn və satışa çıxarma müvəffəqiyyətinə baxayaraq, suallara ciddi yanaşmayaraq cavablar verməməsi öz işinə kölgə salır .
Yaxşı indi vəziyyət necədir? Apple SMS problemini həll edəcək bir proqram üzərində işləyir. Yarışmada bir Oyunu Safari ilə 10 saniyədə xaklayan təhlükəsizlik mütəxəssisi Charlie Millər, bu ilin PWN2Own yarışmasında təqdimatında iPhonenin qısa mesaj probleminin çox dəhşətli olduğunu söyləmişdi.
Telefonunuzu güclü isti hava şəraitində istifadə etməyin , xüsusiyyətləri bağlayın!
İstiləşməyə qarşı da Apple tərəfindən maraqlı bir qısa açıqlama verildi, amma bunların çox işə yarayacağını demək çətindir. Qarşı tərəf hər şeydən əvvəl isti yerlərdə telefon istifadə etməməyi məsləhət görür. Sonra GPS və media funksiyalı kimi proqramları uzun müddət istifadə edilməməsi tövsiyə edilir.
Ancaq batareya ömürü mövzusu çox dəhşətlidir. Şarj müddətinin qısalığının batareyadan deyil, proqramdan qaynaqlandığı deyilir. Proqram gərəksiz xüsusiyyətləri bağlamadığı və gərəksiz xəbərdarlıqlar verdiyi üçün batareya çox sürətlə enerji itirir. Bunun həlli çox təəssüf ki, sonrakı əməliyyat sistemi aktuallaşdırmasına qədər olmayacaq.
Apple, batareya ömürünün istifadə ilə birbaşa əlaqəli olduğunu söyləməklə kifayətlənir. Köhnə iPhone 3G sahibləri istifadə vərdişlərini dəyişdirməzlərsə performansın da dəyişməyəcəyi deyilir. Bu cavab çox təəssüf ki, istifadəçiləri qane etmir. Axi necə də etsin? Burda Apple sanki istifadiçələrə “istəmirsiniz istifadə etməyin” deyərək minnət də qoyurHmm… Mən də bu yaxınlarda Apple 3 G s-ə keçməyi düşünürdüm. Amma bu fikirlər doğrusu bir az ağlıı qarışdırır.
Amma oxudum ki, Apple çatışmayan problemlər barədə çarə tapmaqda israrlıdır. Ancaq nöqsanların daha çox gözə girməsini istəmədiyindən, bunları aradan qaldırmaq üçün etdiyi işləri çox mətbuata və istifadəçilərə çatdırmır Təbəssüm . İnsanları rahatlaşdıracaq açıqlama da etmir, iPhone 3GS-in nöqsanlarından bəhs etmir. Artıq doğru edir,yoxsa səhv bunun qərarını siz verin...


Oxşar xəbərlər
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!