Türkiyə kinomatoqraflarının çəkdiyi məşhur “Kurtlar Vadisi” mafiya serialı indi də oyun oldu. Oyunun hələki 1-ci versiyası hazırlanıb. İkinci versiyası üzərində işlər davam edir.
Baş rollarda Polat Alemdar, Güllü Ərhan, Abdülhey və Memati Baş iştirak edir. Oyun Polad Alemdarın ofisinə təşkil edilən bir basqınla başlanır. Güllü Ərhan qaçırılır və Polatın dəstəsi onu qaçıranları axtarıb tapmaq üçün çalışırlar. Oyun yayımlanmağa başladığı andan böyük diqqət çəkib. Qısa zamanda artıq 1 milyondan çox istifadəçi oyundan istifadə edib.
Oyunun çıxacaq olan ikinci hissəsində oyunçular Güllü Ərhanı qurtarmağa çalışacaq. Güllünü İskəndər Böyükmü, yoxsa Cevat Axarsunun qaçırdıqlarına oyunçular özləri tapacaq. Oyunda baş verən hadisələr həqiqi serial ilə üst-üstə düşür. Ona görə də oyunun xəbərdarlıq hissəsində yazılıb: “ 7 yaşdan yuxarı olan vətəndaşlar üçün nəzərdə tutulub”. Oyun hazırda 3 ana bölümdən və 6 hissədən ibarətdir. İkinci hissəsi isə hazırlanmaqdadır.
Fikirlərinizi bildirməyi unutmayın :)
“Kurtlar Vadisi Pusu” serialının komputer oyun versiyası hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Türk mediası xəbər verir ki, qısa müddət ərzində ən çox oynanan internet oyununa çevrilən “Kurtlar Vadisi Pusu”dan artıq 1 milyon nəfərdən artıq insan istifadə edib. Hazırda oyunun ikinci bölümü hazırlanır.
İnternet səhifəsinin rəhbəri Semih Kırgel bildirib ki, qısa zamanda bu oyun “Top 10-luq”da ikinci, döyüş oyunları arasında isə birinci yerə yüksəlib. İlk bölümdə Polat, Məmati, Abdulhey və Ərhanın iştirak etdiyini və oyunun Polatgilin ofisinə edilən basqınla başladığını deyən S.Kırgelin sözlərinə görə, basqının sonunda Ərhan qaçırılır və oyunçu Polatın obrazında dostunu xilas etməyə girişir. Şəbəkə halında isə digər oyunçular Məmati və Abdulheyin obrazında Polata qoşularaq, döyüşə girirlər.
Oyunda sujet xəttinin serialla uzlaşdığını və bunun da 7 yaşdan yuxarı vətəndaşlar üçün nəzərdə tutulduğunu deyən sayt rəhbəri xarakterlərin serialdakı görünüşlərinə bənzədildiyini əlavə edib. “Obrazları əsl surətlərinə bənzətmək çox çətinliklə başa gəldi. Xüsusilə Polat Alemdarın şəklini yaradarkən və onun ofisini canlandırarkən çox zəhmət çəkdik. Oyun hazırda 3 ana bölümdən və 6 hissədən ibarətdir”, - deyə S.Kırgel vurğulayıb SİA