Cib Telefonlarında 5 düyməsinin üzərindəki qabartı -
Hazırda həyatımızın ayrılmaz bir parçası halına gələn cib telefonlarının '5' düyməsi üzərindəki çıxıntıya heç diqqət yetirdinizmi? Bu çıxıntı ortadakı düyməni baxmadan isitfadə edə bilməyi təmin edər. Böyük bir ehtimalla kompüterinizdəki klaviaturada 'F' və 'J' ya da 'A' və 'K' düymələrində də belə bir çıxıntı olduğunu fərq etməmisiniz. Bu çıxıntılar da klaviaturaya baxmadan yazanlarda hər iki əlin klaviaturanın ortasını tapmasında köməkçi olar. Yenə gözdən qaçan bir detal isə düymələrin düzülüş şəkilidir.
Telefondakı düymələrdə ən üst sırada 1, 2 və 3 rəqəmləri iştirak edərkən kompüterimizdə və hesab maşınımızda tam tərs şəkildə 7, 8 və 9 rəqəmləri düzülmüşdür. Tarixi çox daha köhnə olan telefonun başlanğıcında isə, sürətli düymələmə çox əhəmiyyətli qəbul edilməmişdir. Ancaq evdar qadınlar arasında edilən bir araşdırmada telefondakı düzülüş onlara daha asan gəldiyi və daha sürətli tətbiq edə bildikləri müəyyən olunmuşdur. Bilməm heç diqqət yetirdinizmi, telefondakı düymələrin içində '1' və '0'ın üstündə heç hərf yoxdur. Amma daha çaşdırıcı bir təsbit isə, bir çox telefonda mövcud hərflərin içində 'Q' və 'Z' hərflərinin olmamasıdır.
İndiki vaxtda məşhur olaraq təcili xidmət (112), yanğın xəbər (110), polis imdad (155) və alo trafik (154) kimi təcili xidmətlər 1 ilə başlayan üç xanalı nömrələr verildiyi üçün əgər 1 düyməsinin üzərində də hərflər olsa idi, cib telefonunuzla bir mesaj göndərərkən daha üçüncü hərfdə bu xidmətlərdən birinə avtomatik olaraq bağlana bilər və bunların stansiyalarını lazımsız işğal edə bilərdiniz '0' isə bilindiyi kimi daxili stansiyalarda operatora çatmada, şəhərlərarası nömrələrdə və cib telefonlarında ilk çevrilən nömrədir. Əgər bu '0' düyməsinin üzərində hərf olsaydı, daha o hərfə basar basmaz doğrudan stansiyaya bağlanacaq və stansiyaların qıfıllanmasına səbəb ola biləcəkdik.
Təbii telefonun üzərində zatən on dənə olan rəqəm düymələrinin ikisinə hərf qoya bilməyin tərəfindən, geriyə qalan 8 düyməyə 24 hərf yerləşdirilə bilmiş və bu vəziyyətdə İngiliscədə ən az istifadə edilən 'Q' və 'Z' hərfləri düymələrin üzərində yer ala bilməmişdir. İndiki cib telefonlarında '1' və '0'ın üzərində hələ hərf yox amma texnologiyanın inkişafı sayəsində bir düyməyə dörd hərf qoyula bildiyindən 'Q' 7 düyməsində, 'Z' isə 9 düyməsində özlərinə yer tapa bilmişdir.


Oxşar xəbərlər
Şərh #1 yazıb:
marlboro (5 Noyabr 2008 12:05)

Şərhlərin sayı: 8
Məqalələr: 4
Mene bu suali cox vermisdiler axir ki cavabini tapdim tesekkurler
Şərh #2 yazıb:
H.O.S.T (5 Noyabr 2008 13:24)

Şərhlərin sayı: 4
Məqalələr: 4
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!