Bizimnet.info
ətraflı axtarış
Bölmələr
Ən çox oxunanlar
Sən də səs ver
İnternet sürətiniz neçədir?

+ 128 kb/s
- 128 kb/s
+ 1 mb/s
Dial up



Reklam
Dost saytlar
Khalilov.info Komputerle.biz Youtubeyukle.info Faydali.az Elanlar.com Zaka.biz YouthExchanges Lisa Hook



İnternetdə axtarış beyin üçün enerji ehtiyatıdır

Alimlər belə qənaətə gəliblər ki, İnternetdə məlumat axtarışı yaşlı adamlara ağıl çevikliyini və yaddaşı qorumağa kömək edir. Los-Ancelesdə Kaliforniya Universitetinin tədqiqatçıları insanın İnternetdə axtarış edən zaman kəllə-beyin fəallığını yoxlayan maqnit-rezonans monitorinqi keçiriblər. Həkim Heri Smoll Reuters agentliyinə məlumat verib ki, fəal İnternet istifadəçilərinin beyni axtarış zamanı daha intensiv işləyir. Bu müşahidə nəticəsində alimlər belə nəticə çıxarıblar ki, Qlobal şəbəkə beyin üçün yaxşı məşq ola bilər.
Heri Smol və onun həmkarları müşahidəni iyirmi dörd 55-76 könüllü yaşlılar arasında aparıblar. Yarısının şəbəkədə işləmək bacarığı olmadığına görə onları iki qrupa ayırıblar. Hər iki qrupun təmsilçilərinə İnternetdə axtarış sorğusu keçirməyi və kitabdan bir neçə səhifə oxumağı tapşırıblar. Həmin zaman alimlər onların beyin fəallığını yoxlayıblar.
Monitorinq, oxuma zamanı baş beyin qabığının görmə sahəsinin fəallaşmasını göstərib. Internetdə axtarış isə bu göstəricini daha da artırıb. Lakin yalnız fəal İnternet istifadəçilərində belə göstərici olub. Məlumdur ki, insan beyninin koqnitiv funksiyası yaş artdıqca zəifləyir. Alimlər dəfələrlə təsdiq ediblər ki, müxtəlif təfəkkür məşqləri qocalıqda ağılın mükəmməlliyini qorumağa kömək edir. Lakin İnternetlə bağlı tədqiqatlar indiyədək aparılmamışdı. Alimlər deyirlər ki, bu sahədə müsbət və mənfi aspektlərin müəyyənləşməsi üçün axtarışlar davam etdirilməlidir.

Mənbə: xeberler.az
Bookmark and Share
 
 (səs sayı: 1)


Oxşar xəbərlər


Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Saytımıza keçidlər
Reklam
Statistika




IP adresini öyren


Page Ranking Tool












   
© ReDesign Bizimnet GROUP