Bizimnet.info
ətraflı axtarış
Bölmələr
Ən çox oxunanlar
Sən də səs ver
İnternet sürətiniz neçədir?

+ 128 kb/s
- 128 kb/s
+ 1 mb/s
Dial up



Reklam
Sayt reklam
Dost saytlar


Yeni nəsil İntel CPU-lar: Core 2 Duo ölüm fərmanı!!!

İntel yeni nəsil CPU-ları istifadəyə vermək üzrədir. İllərdir Nehalem kod adı altında tanınan CPU-u, rəsmi adı İntel Core i7 artıq hazırdır. İntel artıq iki nüvəli CPU-ların dövrünə son qoyur və dörd nüvəli CPU-ları standart hala salır. Həm də bu yeni CPU-lar yalnız DDR3 RAM-ları ilə işləyəcəklər,bu isə DDR2 RAM-larının məhvi deməkdir

Intel şirkəti noyabr ayının 17-də Core i7 prosessorlarını satışa çıxarmaq niyyətindədir. Yeni nəsil Nehalem mikroarxitekturası bazasında yığılmış bu cür çiplər ilk dəfə cari ilin avqust ayında IDF konfransında təqdim olunmuşdur. Core i7 ailəsindən satışa çıxarılacaq ilk prosessorlar dörd nüvəli Core i7 920, Core i7 940 və Core i7 965 Extreme Edition çipləri olacaq. Onların qiyməti müvafiq olaraq 1000 ədədlik partiya alındıqda bir çipə görə 284, 562 və 999 ABŞ dolları təşkil edir.

Core i7 920 prosessoru 2,66 qiqahers tezliyində işləyir. Core i7 940 və Core i7 965 Extreme Edition-u takt tezlikləri isə müvafiq olaraq, 2,93 və 3,2 qiqahersə bərabərdir. Bütün çiplər 45-nanometr texnoloji proses üzrə hazırlanıb.

Nehalem arxitekturalı prosessorun tərkib hissəsini yaddaş kontrolleri təşkil edir ki, bunun nəticəsində çipin operativ yaddaş modulları ilə iş sürətini artırmaq mümkün olub və xarici şinə ehtiyac qalmayıb.

Bookmark and Share
 
 (səs sayı: 0)


Oxşar xəbərlər


Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Saytımıza keçidlər
Reklam
Statistika


Page Ranking Tool












   
© ReDesign Bizimnet GROUP