
Azərbaycanda http://www.terasell.com/ - ilk virtual ticarət mərkəzi yaradılıb. Bu resurs vahid platforma çərçivəsində Azərbaycanın müxtəlif internet-dükanlarını birləşdirəcək ilk internet-məkanıdır. Layihənin məqsədi Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (“Elektron Azərbaycan”) prinsiplərinə uyğun olaraq ölkədə elektron ticarətin inkişafına yeni təkan verməkdən ibarətdir.
Layihənin konsepsiyasına əsasən bütün ticarət şirkətlərinə “Terasell.com” platformasında təmənnasız şəkildə virtual dükanın açılması üçün imkan yaradılacaq. Platforma azərbaycanlı proqramçılar tərəfindən tamamlanıb, və minimal İT-biliklərlə belə lazımi məlumatları internet-dükanlara yükləyib, onları emal etməyə imkan verir.
Layihə çərçivəsində Bakı və ətraf rayonları əhatə edən çatdırılma xidməti də təklif olunur. Alış-verişin ödənilməsi həm kredit kart, həm də nağd ödəmə yolu ilə çatdırılmadan sonra həyata keçirilə bilər.
Bundan əlavə, layihə çərçivəsində elektron ticarətlərini müstəqil şəkildə inkişaf etdirməyə çalışan şirkətlər üçün internet-dükan platformaları işlənib hazırlanacaq.
Layihənin meneceri Arina Quliyevanın sözlərinə görə, layihənin konsepsiyası Azərbaycanda öncədən mövcud olan elektron ticarət modellərindən tamamilə fərqlənir, çunki hər bir kəsə hazır platformadan təmənnasız şəkildə istifadə etmək imkanını verir, həmçinin bütün İnternet-dükanlarını heç bir sərmayə olmadan vahid platforma çərçivəsində birləşdirməyə imkan verir. O, qeyd etdi ki, “Terasell.com” vahid resurs çərçivəsində onlara lazım olan məhsulları seçib almağa çalışan istifadəçilər üçün də çox rahatdır.
Bundan əlavə, layihə çərçivəsində elektron ticarətlərini müstəqil şəkildə inkişaf etdirməyə çalışan şirkətlər üçün İnternet-dükan platformaları işlənib hazırlanacaqlar. Həmin müştərilər üçün təmənnalı şəkildə tamamilə hazır onlayn-dükanlı İnternet-saytlar yaradılacaq. Onlar da, öz növbəsində, vahid İnternet-dükanlar şəbəkəsi çərçivəsində birləşdiriləcəklər. Layihənin meneceri qeyd etdi ki, Azərbaycanda elektron ödəniş sisteminin inkişafı ölkədə e-ticarətin inkişafı üçün nadir imkan yaradacaq, və istehlakçıların vaxtlarına qənaət etməklə onların həyatını daha da asanlaşdıracaq


Oxşar xəbərlər
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!