Bizimnet.info
ətraflı axtarış
Bölmələr
Ən çox oxunanlar
Sən də səs ver
İnternet sürətiniz neçədir?

+ 128 kb/s
- 128 kb/s
+ 1 mb/s
Dial up



Reklam
Dost saytlar
Khalilov.info Komputerle.biz Youtubeyukle.info Faydali.az Elanlar.com Zaka.biz YouthExchanges Lisa Hook



İnternet vasitəsilə nə almısınız?

Hər şeyin kiberləşdiyi bir dövrdə Azərbaycanın da internet istifadəçiləri internet vasitəsilə alış-veriş etməyə get-gedə daha çox maraq göstərirlər. Ümumiyyətlə 16+ yaşlı Bakı əhalisinin 22.8%-i kompüterdən istifadə edir və bu istifadəçilərin 25%-i evlərində internetdən istifadə edirlər.
İnternet istifadəçiləri arasında evdən kənar yerlərdə (internet klub və s.) internetdən istifadə etmək daha populyardir- 42%. İnternet istifadəçilərinin böyük əksəriyyəti (29.4%) həftədə bir neçə dəfə internetdən istifadə edirlər və bu göstəriciyə nisbətən gündəlik istifadəçilərin sayı aşağıdır.
Onu da qeyd etmək lazımdır ki, internet istifadəçiləri daha çox əyləncə tematikalı saytlara üstünlük verirlər. Şou-biznes və mədəniyyət xəbərləri isə 27% ilə ikinci yerdədir. 2008-ci ilin May ayında keçirilən sorğuya (Market Media İndex – 08) əsasən ümumi internet istifadəçiərinin yalnız 17%-i internet mağazalara baş çəkirlər. İnternet mağazalarının aktuallaşdığı dövrdə Mak.az da öz istifadəçiləri arasında mini sorğu keçirdi.
Mak.az ana səhifəsindəki son ayın ənənəvi sorğusu bu dəfə "son 1 il ərzində internet mağazalardan daha çox nələri sifariş etmisiniz?" sualı ilə oxuculara müraciət etdi. 72 nəfər respondentin iştirak etdiyi sorğuya əsasən internetdən ən çox alınan əşya kitabdır. 25% respondent son bir il ərzində internet vasitəsilə kitab sifariş vermişdir. Maraqlıdır ki mobil telefonların internet vasitəsilə alışı 7% respondentlə ikinci yerdədir. Bunun səbəbi mobil telefon mağazalarının online mağazalarının da olması ola bilər. İnternet vasitəsilə daha az alınan əşyalar sırasına məişət texnikası (4%), parfumeriya və kosmetika (3%) və geyim/aksesuarlar (3%) təşkil edir.

Respondentlərin 51%-i son bir il ərzində internet vasitəsilə heç nə almayıblar. Digər 6% isə digər əşyaları aldıqlarını söyləyiblər.

Mənbə: mak.az

Bookmark and Share
 
 (səs sayı: 1)


Oxşar xəbərlər


Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Saytımıza keçidlər
Reklam
Statistika




IP adresini öyren


Page Ranking Tool












   
© ReDesign Bizimnet GROUP