Bizimnet.info
ətraflı axtarış
Bölmələr
Ən çox oxunanlar
Sən də səs ver
İnternet sürətiniz neçədir?

+ 128 kb/s
- 128 kb/s
+ 1 mb/s
Dial up



Reklam
Sayt reklam
Dost saytlar


Azərbaycanda 3G sistemi dekabr ayında istifadəyə veriləcək




Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Azərbaycanın mobil rabitə operatoru olan “Azerfon” şirkəti dekabrda 3G sistemini istifadəyə verəcək. “Media forum” saytının məlumatına görə, nazir noyabrın 6-da YAP-ın qərargahında keçirdiyi mətbuat konfransında bildirib ki, digər mobil rabitə operatoru olan “Azercell” də yaxın vaxtlarda 3G sistemini istifadəyə verməyi planlaşdırır. Nazir qeyd edib ki, bu sistemdən istifadə etmək istəyən operatorlar lisenziya almalıdırlar.

Ə.Abbasovun sözlərinə görə, 3G və 4G sistemlərinin Azərbaycana gətirilməsi məsələsində gecikmənin əsas səbəbi bu sistemlərin müəyyən radiotezliklərin ayrılmasını və xüsusi istifadəyə verilməsini tələb etməsi ilə bağlıdır.

Hazırda bəzi şirkətlərin 4G, 5G və 6G sistemlərindən də danışmasına toxunarkən Ə.Abbasov deyib ki, bu, daha çox şirkətlər arasında gedən rəqabət mühitində bir reklam kampaniyasıdır: “Əslində isə 3G texnologiyası hələ uzun müddət bütün dünyada ən son mobil texnoloji sistem olacaq. Bu sistemin liderliyi 15-25 il sürəcək”.

«Media forum»




Bookmark and Share
 
 (səs sayı: 2)


Oxşar xəbərlər


Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Saytımıza keçidlər
Reklam
Statistika


Page Ranking Tool












   
© ReDesign Bizimnet GROUP