Kanadanın DeanMark şirkəti klassik manipulyatorsuz və istifadəçinin əlinə əlcək kimi geyilən AirMouse adlı kompüter mausu təqdim edib. Maus istifadəçinin biləyinə və iki barmağına (şəhadət və orta) geyilir.
Hərəkətləri lazer vasitəsilə izləyən simsiz qurğu bir həftə ərzində əlavə enerjisiz işləyə bilər. Şirkətin məlumatında bildirilir ki, AirMause kursor hərəkətinin sürətini və dəqiqliyini artırmaq imkanına malikdir. Yeni qurğu yalnız istifadəçinin əlinin mausun idarə olunması zamanı xarakter vəziyyət alan zaman işləyir, Lenta yazır.
Yarım ildən sonra satışa çıxarılması planlaşdırılan AirMause-ın qiyməti 129 ABŞ dolları olacaq.
Onun ABŞ ərazisindən kənarda da satışa çıxarılıb-çıxarılmayacağı hələ məlum deyil.

Oxşar xəbərlər
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!