Bizimnet.info
ətraflı axtarış
Bölmələr
Ən çox oxunanlar
Sən də səs ver
İnternet sürətiniz neçədir?

+ 128 kb/s
- 128 kb/s
+ 1 mb/s
Dial up



Reklam
Sayt reklam
Dost saytlar


İngiltərədə Coca-Cola ilə işləyən mobil telefon yaradılıb


London mühəndisləri qrupu Coca-cola və ya şəkər tərkibli digər soyuq maye ilə işləmək imkanına malik konseptual mobil telefon işləyib hazırlaya biliblər. Nümunə kimi mühəndislər Nokia şirkətinin Coca-cola ilə işləyən dəyişdirilmiş modelini nümayiş etdiriblər.

Xəbərin ardında daha ətraflı oxuya bilərsiniz.


 
Məqalənin tam mətnini oxuyun


İnternet saytlarının sayı 234 milyona yaxındır


Netcraft tədqiqat şirkəti Şəbəkədə olan sayt və bloqların sayına dair statistik məlumatlar təqdim edib. Belə ki, analitiklərin məlumatlarına əsasən 1 dekabr 2009-cu il tarixinə olan vəziyyətə görə internetdə 233 848 493 sayt qeydə alınıb ki, bu, ötən ayın göstəricilərindən 212 000 sayt çoxdur. Şəbəkədə saytların orta aylıq artımı bir qayda olaraq 1 milyondan 2 milyonadəkdir.

Daha ətraflı xəbərin davamında
 
Məqalənin tam mətnini oxuyun


www.khalilov.info
Milli Net 2009-un nəticələri açıqlandı


Bu gün Ambassodor otelində Milli İnternet Mükafatlarının təqdimetmə mərasimi keçirilib. Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Müsabiqənin məram və məqsədləri , görülmüş işlər haqqında məlumat verib. O müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini bildirib və ümumən nəticələrdən razı qaldığını qeyd edib.

Daha ətraflı xəbərin davamında

 
Məqalənin tam mətnini oxuyun


İstifadəçi adınızın mümkünlüyünü yoxlamaq üçün online xidmət



Hər dəfə yeni saytda və qeydiyyatdan keçəndə yeni login, yəni istifadəçi adı seçmək üçün çoxlu fikirləşməli oluruq. İstifadəçi adının seçimində digər əsas götürülən səbəblərdən biri də seçəcəyiniz istifadəçi adınızdan, başqa saytlarda istifadə edilib edilməməsi məsələsidir. David Gosse və Andy Edinborough tərəfindən hazırlanmış sayt vasitəsilə siz bir dəfəyə 100-dən çox məşhur saytlarda istifadəçi adınızın mümkünlüyü haqqında öyrənə biləcəksiniz.

Daha ətraflı xəbərin davamında

 
Məqalənin tam mətnini oxuyun


Parolsuz internet paytaxtda da tətbiq olundu


Əhalinin daha geniş kütlələri üçün internetdən istifadəni sadələşdirmək istiqamətində mütəmadi aparılan tədbirlərin tərkib hissəsi olaraq "Aztelekom.Net" internet provayderi "Aztelekom" İstehsalat Birliyi şəbəkəsinin abunəçiləri üçün MDB məkanında ilk dəfə olaraq internetə "parol"suz giriş imkanı verən xidmətin tətbiqini uğurla davam etdirir. "Aztelekom.net" İnternet xidmətləri mərkəzinin istifadəçiləri üçün internetdən bir saatlıq istifadə üçün 0,3 manat həcmində olmaqla, dəqiqələrə görə hesablanan xidmət haqqı abunəçinin ünvanına göndərilən ümumi ödəniş qəbzində nəzərə alınır və bu zaman qəbzdə istiqamət üzrə kod əvəzinə "178" – internet servis kodu qeyd olunur.

Xəbərin davamında daha ətraflı
 
Məqalənin tam mətnini oxuyun


geri 1 2 3 4 5 6 7 8 irəli


Saytımıza keçidlər
Reklam
Statistika


Page Ranking Tool












   
© ReDesign Bizimnet GROUP