
İnternet dünyasına başlanğıc olaraq ilk addımı atmaq istəyirsənizsə ilk olaraq sizə lazım olan və istəyinizə uyğun bir sayt adı (domain) almanızdır. Bu mövzuda fikirləşən insanların ən çox maraqlandıqları mövzu sayt adını (domain) haradan, necə, hansı formada alacağı və təhlükəsiz formada sayt adını (domain) necə idarə etmək
mövzusudur.
Əgər mən sadəcə blog yazacağam, saytıma çox vaxt ayırmayacağam deyirsənizsə, pulsuz bloq (blog) servislərinin verdikləri alt sayt adlarından (subdomain) istifadə etmənizi tövsiyə edirəm.
Yox əgər özünüzə aid sayt adı almaq istəyirsinizsə onda başlayaq:
1. Haradan?
İngilis dilini bilənlərin alternativləri və keyfiyyətli xidmət alma şansı daha yüksəkdir. Aşağıda sadaladıqlarım bu sektordakı populyar və etibarlı şirkətlər sırasındadırlar;
enom
namecheap
godaddy
melbourne it
tuvows
2.Necə ala bilərəm?
Bütün domain yəni sayt adı satan şirkətlərin əsas səhifəsində axtarma qutusuna bənzər bir qutucuq görürsünüz. Oraya almaq almaq istədiyiniz adı, sonuna da uzantısını yazın. Məsələn .com, net, info, org, və s...
Mənimsaytım.com sayt adının alacağımızı qərara alsaq aşağıdakıları nəzərə almaq lazımdır:
Sayt adlarında ingilis hərflərindən istifadə edilməlidir. Mənimsaytım.com-nu alarkən "ə" əvəzində "e" yazmaq və ya "ı" yerine "i" gibi hərf dəyişikliyi istifadə edərək almalısınız. Axtarma qutusuna menimsaytim yazıb sonuna .com uzantısını seçib domain'in əvvəlcədən alınıb alınmadığını yoxlayırıq, əgər available yazarsa (mümkündür) yəni alınmaya uygundur və ödəmə əməliyyatlarına başlaya bilərsiniz. "Bəs ödəmə hansı formada olacaq" sualına 2 nümunə göstərə bilərəm.
a. kredit kartı
b. internet vasitəsilə virtual banklar (paypal, moneybookers və s.) vasitəsilə
Ödəmə işini həyata keçirdikdən sonra domain şirkətindən sizə mail gələcək. Bu maildə təsdiq və domain panelinizə giriş bilgiləriniz yer alacaqdır. Bu informasiyanı heç kimlə bölüşməyiniz məsləhət görülmür.
3.Necə idarə olunur?
Domain-i aldıqdan sonra panelinizə daxil olursunuz. İlk ağlınıza gəlməsi lazım olan DNS-dir. Çünkü sayt adınızı hostinq şirkətinin sizə verdiyi dns ünvanları ilə öz hostunuza yönləndiriləcəksiniz. Bu ünvanlar əsasən;
ns1.hostinqshirketi.com
ns2.hostinqshirketi.com şəklində olur.
DNS işlərini etdikdən sonra domaininizi açarlayıb (lock) paneldən çıxırsınız. Əgər saytınızı başqa bir yerə daşıyırsınızsa (başqa host firmasına) onda onların verdiyi dnslərlə əvvəlki dnsləri dəyişdirməlisiniz. Domaini də başqa domain-ə yönləndirə bilərsiniz. Yönləndirmə əməliyyatını domain redirect-dən (sayt adı yönləndirmə) istədiyiniz ünvanı yazıb birbaşa həyata keçirə bilərsiniz.
4. İpucları
*Yuxarıda yazdığım firmaların hamısı ICAAN-la rəsmi müqaviləsi olan firmalar sırasındadırlar. Yəni istənilən domain yarada bilən, özləri silə bilən və hər cür əməliyyat aparmaq iqtidarında olan firmalardır.
Bu şəkli domain alarkən domain şirkətinin saytında mütləq axtarın. Bu loqotipin olmadığı şirkətlər ümumiyyətlə sadəcə satış mövzusunda sizə yardımçı ola bilərlər. Satış sonrası xidmətləri demək olar ki, çox da sağlam deyildir və daha çox problemlə qarşılaşa bilərsiniz. Ona görə də yuxarıda sizlərə ICAAN qeydiyyatlı şirkələrin siyahısını yazdım.
*Sayt adı panel parolunuzu qətiyyən heç kimlə paylaşmayın. İnandığınız adama sizə kömək etməsi üçün bir dəfə də olsa parolunuzu versəniz bütün domainlərinizin oğurlanma riski ilə qarşı-qarşıya qala bilərsiniz.
*Şəxsi məlumatlarınızı doğru yazın çünki hər hansı kiçik bir problemlə sayt adınıza əl qoyula bilər. Əgər Whois sorğularında şəxsi məlumatlarınızın görünməsini istəmirsinizsə pullu və ya pulsuz whois privacy (şəxsi məlumatlarınızın gizliliyi) ala bilərsiniz. Məsələn: Namecheap şirkətində bu xidmət pulsuzdur.


Oxşar xəbərlər
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!